23 oktyabr 2024. Çərşənbə

Sumqayıt adi komanda deyil


  • Avroliqa
  • 19:42 11.08.2020
  • Oxunma sayı: 307
Sumqayıt adi komanda deyil

"Avrokubokların seçmə oyunlarında asan rəqib gözləyə bilmərik. "Sumqayıt" adi komanda deyil. Onlar çempionatdakı mövqeləri ilə Avroliqaya vəsiqəni təmin ediblər. Rəqib yaxşı keyfiyyətə malikdir".

Corner.az xəbər verir ki, bu sözləri  "Şkendiya" klubunun futbolçusu Lyupko Doriyev Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt" barədə danışarkən deyib.

Klubun rəsmi saytına açıqlama verən makedoniyalı oyunçu mərhələ keçə biləcəklərinə inandığını bildirib: "Bu il təsnifat mərhələsi bir oyundan ibarətdir və biz səfərdə oynayacağıq. Yaxşı formada olsaq, bunun öhdəsindən gələ bilərik. Bu, heç də asan olmayacaq, amma mərhələ keçəcəyimizə inanıram".

Qeyd edək ki, "Sumqayıt" - "Şkundiya" matçı avqustun 27-də keçiriləcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi