23 oktyabr 2024. Çərşənbə

Avroliqada bütün yarımfinalçılar bilindi


  • Avroliqa
  • 01:05 12.08.2020
  • Oxunma sayı: 391
Avroliqada bütün yarımfinalçılar bilindi
Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş keçirilib.
 
Ukrayna “Şaxtyor”u “Bazel”lə, “Vulverhempton” isə “Sevilya” ilə qarşılaşıb. “Şaxtyor” rəqibini darmadağınla məğlub edib. “Sevilya” isə son dəqiqələrdə vurduğu yeganə qol sayəsində növbəti mərhələ adlayıb.
 
Beləliklə, yarımfinalda “Sevilya” “Mançester Yunayted”lə üz-üzə gələcək. Bu görüş avqustun 16-da keçiriləcək. Bundan bir gün sonra isə “İnter” “Şaxtyor”la qarşılaşacaq.
 
Avropa Liqası
1/4 final
11 avqust
 
Şaxtyor (Donetsk, Ukrayna) – Bazel (İsveçrə) 4:1
Qol: Moraes, 2. Tayson, 22. Patrik, 75-pen. Dodo, 88 – Volfsvinkel, 90+2.
 
Vulverhempton (İngiltərə) – Sevilya (İspaniya) 0:1
Qol: Okampos, 88.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi