5 dekabr 2025. Cümə

Şaxtyor'un futbolçusu AL-da rekorda imza atdı


  • Avroliqa
  • 11:32 12.08.2020
  • Oxunma sayı: 308
Şaxtyor'un futbolçusu AL-da rekorda imza atdı

"Şaxtyor" klubunun futbolçusu Tayson Avropa Liqasında yeni rekord müəyyənləşdirib. 

Corner.az "Marca"ya istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Bazel"i 4:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/4 finalında buna nail olub. 

Komandasının 2-ci qoluna imza atan braziliyalı oyunçu turnirin 7 mövsümündə fərqlənməyi bacarıb. Daha əvvəl üç futbolçu altı mövsümdə qol vurub.

Bunlar, hazırda "Arsenal"da çıxış edən Aleksandr Lyakazet, "Beşiktaş"dan Cermeyn Lens və "Krasnodar"dan Aridir. 

Qeyd edək ki, Tayson 2013-cü ildən "Şaxtyor"da çıxış edir.







Avroliqa