5 dekabr 2025. Cümə

Neftçi ilə matçda turu keçmək istəyirik


  • Avroliqa
  • 13:42 12.08.2020
  • Oxunma sayı: 287
Neftçi ilə matçda turu keçmək istəyirik

"Üç ildən sonra "Şkupi"yə qayıtdım. Klub rəhbərliyi ilə danışdım, titul qazanmaq üçün yaxşı komanda formalaşdırmaq istədiklərini dedilər. Mən də bu layihəni bəyəndim". 

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniya təmsilçisi "Şkupi"nin yeni transferi Filip Qliqorov klubun rəsmi saytına açıqlamasında deyib. 

27 yaşlı müdafiəçi "Neftçi" ilə matç barədə qısa danışıb. Qliqorov turu keçmək istədiklərini söyləyib: "Start heyətdə yer almaq üçün əlimdən gələni edəcəyəm. Çünki rəqabətin olduğunu görürəm".  

Qeyd edək ki, “Neftçi” – “Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.(report)







Avroliqa