Avropa Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda Sevilya Mançester Yunayted'lə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda əzmkar qələbə qazanan İspaniya təmsilçisi isə ilk finalçı olub.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu sabah “İnter” ilə “Şaxtyor”u arasında olacaq.
Avropa Liqası
Yarımfinal
16 avqust
“Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 2:1
Qol: Suso, 26. De Yonq, 78 – B.Fernandes, 9-pen.
Almaniya, Köln. “Reyn Energi” stadionu