29 yanvar 2026. Cümə axşamı

XXI əsrdə ən çox finala yüksələn komanda


  • Avroliqa
  • 10:31 17.08.2020
  • Oxunma sayı: 309
XXI əsrdə ən çox finala yüksələn komanda

 "Sevilya" klubu XXI əsrdə avrokubokların finalına ən çox vəsiqə qazanan komanda olub. 

Corner.az "Time24.News"a istinadən xəbər verir ki, əndəlus təmsilçisi buna Avropa Liqasının yarımfinalında "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub etdikləri görüşdə sahib olub. 

"Sevilya" 2006 - 2016-cı illərdə beş dəfə Avropa Liqasının, eyni sayda UEFA Super Kubokunun finalında oynayıb. 

Komanda bunadək 2002, 2014, 2016, 2017 və 2018-cı illərdə UEFA Çempionlar Liqasını qazanan "Real Madrid"lə eyni pilləni bölüşüb. Madrid təmsilçisi həmin illərdə UEFA Super Kubokunda da mübariazə aparıb. 

2000/2001 mövsümündən bəri "Liverpul" qitə finallarında iştirak edən üçüncü klubdur. Mersisayd təmsilçisi 4 dəfə Çempionlar Liqasının, iki dəfə Avropa Liqasının, 3 dəfə isə UEFA Super Kubokunun finalında oynayıb. 

İspaniyanın iki klubu - "Barselona" və "Atletiko" avrokuboklarda hərəyə 8 dəfə finalda çıxış ediblər. 

Qeyd edək ki, "Sevilya" avqustun 21-də Avropa Liqasının finalında "İnter" (İtaliya) - "Şaxtyor" (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. (report)







Avroliqa