29 yanvar 2026. Cümə axşamı

İnter darmadağınla finalda!


  • Avroliqa
  • 00:54 18.08.2020
  • Oxunma sayı: 347
İnter darmadağınla finalda!
Bu gün Avropa Liqasında sonuncu yarımfinal görüşü keçirilib.
 
Corner.az xəbər verir ki, Almaniyanın Arena Düsseldorf stadionunda “İnter” ilə “Şaxtyor”u (Donetsk) qarşılaşıb.
 
Polşalı referi Şimon Marçinyak idarə etdiyi qarşılaşmada beş qol vuran “İnter” ikinci finalçı olub.
 
Qeyd edək ki, Milan təmsilçisi finalda İspaniya “Sevilya”sı ilə üz-üzə gələcək. “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu üstələyib – 2:1.
 
Həlledici qarşılaşma avqustun 21-də Kölndə baş tutacaq.
 
Avropa Liqası
Yarımfinal
17 avqust
 
İnter – Şaxtyor 5:0
Qol: L.Martines, 19; 74. D`Ambrosio, 64. Lukaku, 78; 84.






Avroliqa