29 yanvar 2026. Cümə axşamı

AL-da həftənin oyunçusuna namizədlər


  • Avroliqa
  • 09:40 18.08.2020
  • Oxunma sayı: 328
AL-da həftənin oyunçusuna namizədlər

UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib. 

Corner.az-ın məlumatına görə, yarımfinal mərhələsinin oyunlarından sonra bu ada "İnter"in hücumçuları Romelu Lukaku, Lautaro Martines, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş və "Sevilya"nın qapıçısı Yassin Bunu iddialıdır. 

"İnter"in "Şaxtyor"u 5:0 hesabı ilə məğlub etdiyi oyunda Lukaku və Martines dubl edib. Brunu Fernandeş "Sevilya"ya 1:2 hesabı ilə məğlub olduqları görüşdə penaltidən fərqlənib. Yassin Bunu isə həmin qarşılaşmada qurtarışları ilə diqqət mərkəzinə düşüb. 

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək. 

Qeyd edək ki, avqustun 21-də Avropa Liqasının finalında "İnter" və "Sevilya" komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 







Avroliqa