29 yanvar 2026. Cümə axşamı

AL-da həftənin ən yaxşısı seçildi


  • Avroliqa
  • 22:42 18.08.2020
  • Oxunma sayı: 316
AL-da həftənin ən yaxşısı seçildi
Avropa Liqasında həftənin oynusunun adına aydınlıq gəlib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada “İnter”in hücumçusu Lautaro Martines layiq görülüb. O, komanda yoldaşı Romelu Lukakunu, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşi və “Sevilya”nın qapıçısı Yassin Bununu üstələyib.

22 yaşlı hücumçu bu həftə turnirin yarımfinalında “Şaxtyor”la matçda (5:0) 2 qol və 1 qol ötürməsi ilə yadda qalıb. Argentinalı oyunçu görüşün 19 və 74-cü dəqiqələrində fərqlənməklə və 78-ci dəqiqədə qol ötürməsi verməklə komandasının finala çıxmasında pay sahibi olub.

Qeyd edək ki, “İnter” Avropa Liqasının finalında “Sevilya” ilə qarşılaşacaq. 21 avqustda oynanılacaq həlledici görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.





Avroliqa