29 yanvar 2026. Cümə axşamı

Finalın hakimi bəlli oldu


  • Avroliqa
  • 23:11 18.08.2020
  • Oxunma sayı: 331
Finalın hakimi bəlli oldu

Avropa Liqasının finalında keçiriləcək “Sevilya” - “İnter” matçı üçün hakim təyinatları açıqlanıb.
 
Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı niderlandlı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Denni Makkeli olacaq. Ona həmyerliləri Mario Diks və Hessel Steeqstra köməklik edəcək. Dördüncü hakim fünksiyasını isə yunanıstanlı referi Anastasios Sidiropoulos yerinə yetirəcək.
 
Qeyd edək ki, 21 avqustda keçiriləcək “Sevilya” - “İnter” oyunu Bakı vaxtı ilə saat  23:00-da başlayacaq.







Avroliqa