23 oktyabr 2024. Çərşənbə

Azərbaycan komandası ilə matç çətin olacaq


  • Avroliqa
  • 10:09 21.08.2020
  • Oxunma sayı: 273
Azərbaycan komandası ilə matç çətin olacaq

"Keşlə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın "Laçi" klubu yoldaşlıq görüşü keçirib. 

Corner.az-ın məlumatına görə, komanda "Apoloniya" ilə qarşılaşıb. Matç "Laçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Komandanın baş məşqçisi Armando Kunqu "Panorama" nəşrinə açıqlama verib. Görüş haqqında qısa danışan 47 yaşlı albaniyalı mütəxəssis "Keşlə" ilə oyun barədə də fikirlərini bildirib: "Apoloniya" ilə oyunun ilk hissəsindən razı qaldım, amma şansların çoxundan istifadə edə bilmədik. Bilirik ki, Azərbaycan komandasına qarşı işimiz çətin olacaq. Amma matçı emosional yüklər olmadan keçirəcəyik”. 

Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi