23 oktyabr 2024. Çərşənbə

AL-da həftənin oyunçusuna namizədlər


  • Avroliqa
  • 09:44 22.08.2020
  • Oxunma sayı: 304
AL-da həftənin oyunçusuna namizədlər

UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib. 

Corner.az-ın məlumatına görə, "İnter" ilə final oyunundan sonra "Sevilya"nın oyuçuları Lük de Yonq, Ever Baneqa, Xesus Navas və Jül Kunde bu mükafata iddialıdır.

La Liqa təmsilçisinin Milan klubunu 3:2 hesabı ilə məğlub etdiyi final oyununda Lük de Yonq 2 qol vurub. Baneqa və Navas hərəyə 1 məhsuldar ötürmə ilə yadda qalıblar. Kunde isə 92 faiz dəqiq ötürmə edib.

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək. 

Qeyd edək ki, "Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasını qazanmaqla özünəməxsus rekordu yeniləyib.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi