23 oktyabr 2024. Çərşənbə

Bütün diqqətimiz Neftçi ilə oyuna yönəlib


  • Avroliqa
  • 12:43 22.08.2020
  • Oxunma sayı: 283
Bütün diqqətimiz Neftçi ilə oyuna yönəlib

"Hər şeydən əvvəl futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Qeyd etmək istəyirəm ki, səfərdə keçirilən heç bir oyun asan ola bilməz".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan"Şkupi"nin baş məşqçisi Muarrem Bayrami ölkə çempionatının III turunda "Belasitsa" komandasına 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.

O bildirib ki, ilk hissədə 100 faizli qol imkanları olsa da, bundan yararlana bilməyiblər. O, son dəqiqələrdə vurulan qollarla qazandıqları 3 xala görə məmnun olduqlarını vurğulayıb.

Bayrami artıq bütün diqqətlərinin "Neftçi"ilə görüşə yönəldiyini söyləyib: "Bu gündən Bakıda baş tutacaq oyunun hazırlıqlarına başlayırıq".

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Şkupi" matçı saat 20:00-da başlayacaq.(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi