23 oktyabr 2024. Çərşənbə

Şkupi ilə matçda ac və mübariz olmalıyıq


  • Avroliqa
  • 14:56 22.08.2020
  • Oxunma sayı: 297
Şkupi ilə matçda ac və mübariz olmalıyıq

"Oyun çox yaxşı keçdi. Əsas odur ki, qələbə qazandıq. Azarkeşsiz oynamaq fərqli idi, amma matçın rəsmi olması hiss olunurdu. Bu bizi qələbə üçün daha da ac edirdi". 

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Sabir Buqrin Premyer Liqanın I turunda evdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib. 

24 yaşlı yarımmüdafiəçi qarşılaşmada əlverişli qol epizodundan istifadə edə bilmədiyini bildirib. Belçikalı oyunçu həmin anda qapıçın əla qurtarış etdiyini söyləyib: "İnanıram ki, gələn dəfə qol vuracağam. Avropa Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkupi” klubu ilə oyundakı şanslarımıza gəlincə, biz yenə də yaxşı mənada ac və mübariz olmalıyıq. Öz oyunumuzu göstərsək, hər şey yaxşı olacaq. "Neftçi”də hamı bir-birinə kömək edir. Buna görə də artıq komandaya uyğunlaşmışam”.

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Şkupi" matçı saat 20:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi