23 oktyabr 2024. Çərşənbə

Laçi'yə uduzmaq uğursuzluq olar


  • Avroliqa
  • 14:58 22.08.2020
  • Oxunma sayı: 287
Laçi'yə uduzmaq uğursuzluq olar

"Çempionata qələbə ilə başlamaq yaxşıdır. 3 xalı az da olsa, rəqibdən çox haqq edirdik". 

Corner.az xəbır verir ki, bu fikirləri "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Premyer Liqanın I turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib. 

25 yaşlı yarımmüdafiəçi yeni baş məşqçiləri Yunis Hüseynovun rəhbərliyi altında ilk qələbələrini qazandıqları üçün çox sevindiyini söyləyib.

İsgəndərli Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Albaniya "Laçi"si ilə görüş barədə də fikirlərini bölüşüb: "Avropa Liqasında da ümidimiz qələbə qazanmaqdır. Avrokubokda tək "Keşlə"ni yox, Azərbaycanı təmsil edirik. Ona görə də daha məsuliyyətli olmalıyıq. Düşünürəm ki, mərhələni keçə bilərik. Ötən mövsüm əziyyət çəkmişik ki, avrokuboka vəsiqə əldə edək. Birinci mərhələdə dayanmaq uğursuzluq olar. Çempionatdakı qələbə də bizə əlavə motivasiya verəcək".

Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi