23 oktyabr 2024. Çərşənbə

Avroliqa matçı ikinci dəfə təxirə salındı


  • Avroliqa
  • 00:21 23.08.2020
  • Oxunma sayı: 275
Avroliqa matçı ikinci dəfə təxirə salındı
Avropa Liqasında ilkin mərhələnin “Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) oyunu yenidən baş tutmayıb.
 
Corner.az xəbər verir ki, buna səbəb qonaq komanda da növbəti koronavirusa yoluxma faktının aşkarlanması olub.
 
Avqustun 18-də baş tutmalı olan qarşılaşma Kosovo təmsilçisinin 8 oyunçusunun testinin pozitiv çıxması səbəbindən bu günə təyin olunmuşdu. Lakin bu gün qonaqların daha bir neçə oyunçusunun virusa yoluxduğu açıqlanıb. Bu səbəbdən UEFA görüşün oynanılmamasına qərar verib.
 
Qitə futbol qurumu matçın taleyi ilə bağlı hələ yekun qərar verməyib. Ancaq böyük ehtimalla kosovolular texniki məğlubiyyətlə üzləşəcək. Belə olarsa, “Linkoln” 1-ci təsnifat mərhələsində Lüksemburq klubu "Union"a rəqib olacaq. Bu mərhələnin oyunları avqustun 27-də keçiriləcək.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi