23 oktyabr 2024. Çərşənbə

Qələbə üçün hər şeyi edəcəyik


  • Avroliqa
  • 18:42 26.08.2020
  • Oxunma sayı: 286
Qələbə üçün hər şeyi edəcəyik

"Rəqib komandanı tam analiz etdik. Bütün məlumatları futboluçulara çatdırmışıq. Matça çox ciddi yanaşırıq. Komanda tam olaraq oyuna hazırdır. Qələbə üçün hər şeyi edəcəyik. Biz necə komanda olduğumuzu bilirik. Bütün rəqiblərə hörmətlə yanaşırıq".

Corner.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniya təmsilçisi "Şkupi" ilə matçdan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis sabahkı matçdakı start heyət haqqında məlumat vermək istəməyib: "Bu günkü məşqdən sonra tam qərar verəcəyik".

Məmmədov deyib ki, istədikləri oyunçular kollektivə erkən qoşulmayıb: "Hücumçu mövqeyi çox çətin məsələdir. Bəyəndiyimiz oyunçular var. Müəyyən səbəblərdən transfer alınmır. Pandemiyanın da buna təsiri olub. Çempionatın növbəti turuna kimi yeni hücumçu komandaya qoşulacaq".

Baş məşqçi hər zaman meydana yalnız qələbə üçün çıxdığını vurğulayıb: "Rəqib yaxşı komandadır. Bütün oyunçuları təhlil etmişik".

Mütəxəssis "Şkupi"nin heyətindəki azərbaycanlı futbolçu Elvin Yunuszadənin "Neftçi" barədə məlumatlı olmasından da danışıb: "Yunuszadə ölkə futbolu barədə məlumatlıdır. Amma bu bizi qorxutmur. Əksinə əlavə motivasiya verir".
 
Baş məşqçi "Bakcell Arena"nın ot örtüyünün son oyuna nisbətən yaxşı olduğunu sözlərinə əlavə edib.


Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi