5 dekabr 2025. Cümə

Avroliqa oyunu koronavirus səbəbindən təxirə salındı


  • Avroliqa
  • 19:36 27.08.2020
  • Oxunma sayı: 304
Avroliqa oyunu koronavirus səbəbindən təxirə salındı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün keçirilməli olan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) görüşü təxirə salınıb.

Corner.az xəbər verir ki, buna qonaq komandanın daha 6 üzvünün koronavirusa yoluxması səbəb olub.

Daha əvvəl 5 futbolçuda virus aşkarlanıb və onlar İsrailə aparılmayıblar.

UEFA da artıq matçın təxirə salındığını təsdiqləyib. Görüşün yeni tarixi qarşıdakı günlərdə açıqlanacaq.(report)







Avroliqa