Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Corner.az xəbər verir ki, Neftçi öz meydanında Makedoniyanın Şkupi klubu ilə üz-üzə gəlib. Matç paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunda Sumqayıt öz meydanında Makedoniyanın Şkendiya klubu ilə qarşılaşıb. Avropa Liqasında ilk dəfə çıxış edən "gənclər" görüşdən məğlub ayrılaraq mübarizəni dayandırıb.
Keşlə isə öz meydanında Albaniyanın Laçi klubu ilə üz-üzə gəlib. Əsas vaxtda hesab açılmayıb. Rəqibin azlıqda qalması “Keşlə” üçün əla fürsət də yaratsa da, təmsilçimiz bu şansdan yararlana bilməyib. Əlavə vaxtda hesab açılmayıb. Bu azmış kimi, “Keşlə” də 10 nəfərlə qalıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Albaniya təmsilçisi növbəti mərhələ adlayıb.
Avropa Liqası
1-ci təsnifat mərhələsi
27 avqust
Keşlə - Laçi 0:0 (penaltilər 4:5)
Qırmızı vərəqə: Ş.Əliyev, 112 - L.Ramos, 72.
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan).
Bakı. “ASK Arena”.