23 oktyabr 2024. Çərşənbə

Avrokuboklarda yeni rekord - Bir oyunda 27 penalti! + VİDEO


  • Avroliqa
  • 11:37 28.08.2020
  • Oxunma sayı: 374
Avrokuboklarda yeni rekord - Bir oyunda 27 penalti! + VİDEO

İrlandiyanın "Şemrok Rovers" və Finlandiyanın "İlves" klubları arasında keçirilmiş UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyununda yeni rekord qeydə alınıb. 

Corner.az-ın məlumatına görə, əsas və əlavə vaxt 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün qalib penalti seriyasında bəlli olub.

Burada isə ümumilikdə 26 penalti vurulub. "Şemrok Rovers" 1-ci, rəqib isə 2-ci penaltini dəqiq yerinə yetirə bilməyib. İlk 5 zərbədən sonra qalib müəyyənləşməyib və seriya uzanıb. "İlves"dən Emeli Rayttinen 13-cü penaltini boşa verdiyi üçün komandası mübarizəni dayandırmalı olub. Beləliklə, İrlandiya təmsilçisi penalti seriyasında 12:11 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

"Şemrok Rovers" istəyinə "Keşlə"ni penaltilər seriyasında üstələyən Albaniya "Laçi"si kimi azlıqda çatıb. Komandanın futbolçusu Liam Skales 88-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu səbəbdən, həmin komandanın penaltilərini cəmi 10 oyunçu vurmalı olub.

Meydan sahiblərindən Lauri Ala-Müllimiyaki matçda 3 penalti yerinə yetirib. O, 11-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən hesabı açıb, penalti seriyasında isə 1-ci və 11-ci zərbəni dəqiq yerinə yetirib. 

Qeyd edək ki, bu, penalti seriyasında avrokubuk tarixinin rekord göstəricisidir. 

Daha əvvəl UEFA Kubokunun (hazırkı Avropa Liqası) II təsnifat mərhələsindəki "Start Kristiansand" (Norveç) - "Droheda Yunayted" (İrlandiya)  matçında 22 penalti vurulub - 11:10.

Dünya rekordu isə 2005-ci ildə qeydə alınıb. Namibiya Kubokunda "KK Palas" və "Tsviks" komandaları arasında keçirilmiş görüşdə 48 penaltidən istifadə edilib. (report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi