23 oktyabr 2024. Çərşənbə

Qalatasaray'la matça qələbə üçün çıxacağıq


  • Avroliqa
  • 15:54 31.08.2020
  • Oxunma sayı: 283
Qalatasaray'la matça qələbə üçün çıxacağıq

"Oyunun harada olmasının fərqi yoxdur". 

Corner.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov klubun rəsmi televiziyasına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə təmsilçisi "Qalatasaray"la keçirəcəkləri matç barədə danışarkən deyib. 

43 yaşlı mütəxəssis deyib ki, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər: "Biz meydana qələbə üçün çıxacağıq. Bizim üçün rahat olacaq, evdə oynayırıq. İnanın ki, bu qarşılaşmaya da qələbə üçün çıxacağıq. Komandamız üçün nə xeyirlidirsə, o da olsun". 

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1. 







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi