29 yanvar 2026. Cümə axşamı

AL-da koronavirus aşkarlanan klub mübarizəni dayandırdı


  • Avroliqa
  • 23:54 09.09.2020
  • Oxunma sayı: 370
AL-da koronavirus aşkarlanan klub mübarizəni dayandırdı
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin daha bir oyunu baş tutub.
 
Corner.az xəbər verir ki, koronavirus pandemiyası üzündən təxirə salınmış matçlardan biri İsraildə keçirilib.
 
 “Makkabi Hayfa” öz meydanında “Jelezniçar”ı qəbul edib. Hesabı Bosniya və Herseqovina təmsilçisi açsa da, meydan sahibləri əzmkar qələbə qazanaraq növbəti mərhələ adlayıb.
 
Qeyd edək ki, “Makkabi” 2-ci təsnifat mərhələsində Qazaxıstan “Kayrat”ını qəbul edəcək. Sentyabrın 17-dəki matçın qalibi növbəti mərhələdə Rusiya “Rostov”unun qonağı olacaq.
 
Avropa Liqası
1-ci təsnifat mərhələsi
9 sentyabr
 
Makkabi (Hayfa, İsrail) - Jelezniçar (Bosniya və Herseqovina) 3:1
Qol: Çeri, 38. Rukavitsya, 59. Aşkenazi, 66 – Lendriç, 34. 






Avroliqa