23 oktyabr 2024. Çərşənbə

Təxirə salınan matçın vaxtı bəlli oldu


  • Avroliqa
  • 10:28 18.09.2020
  • Oxunma sayı: 278
Təxirə salınan matçın vaxtı bəlli oldu

Avropa Liqasının II təsnifat mərhələsində təxirə salınmış Latviyanın "Riqa" və San-Marinonun "Tre Fiori" komandaları arasındakı matçın yeni vaxtını açıqlanıb. 

Corner.az  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. 

Cütün qalibi III təsnifat mərhələsində Şotlandiyanın “Seltik” klubu ilə üz-üzə gəlməlidir. Həmin cüt isə pley-offda Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq. 

Qeyd edək ki, “Riqa” - “Tre Fiori” oyunu güclü külək səbəbindən 8-ci dəqiqədə dayandırılıb. İlk olaraq işıqlar sönüb, daha sonra isə projektor qırılıb və onun şüşələri ehtiyat oyunçular skamyasına düşüb.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi