5 dekabr 2025. Cümə

AL-da təxirə salınan oyun keçirildi


  • Avroliqa
  • 12:45 18.09.2020
  • Oxunma sayı: 290
AL-da  təxirə salınan oyun keçirildi

UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki,  yarımçıq dayandırılan “Riqa” - “Tre Fiori” görüşü bu gün davam etdirilib. Görüşdə meydan sahibləri minimal hesabla qalib gələrək mərhələ adlayıb. "Riqa"nın yeganə qolunu 57-ci dəqiqədə Pedrinyo vurub.

Bununla Latviya təmsilçisi III təsnifat mərhələsində “Seltik”ə (Şotlandiya) rəqib olub. Həmin görüş sentyabrın 24-də Riqada keçiriləcək.

Qeyd edək ki, “Riqa” - “Tre Fiori” oyunu güclü külək səbəbindən 8-ci dəqiqədə dayandırılıb. İlk olaraq işıqlar sönüb, daha sonra isə projektor qırılıb və onun şüşələri ehtiyat oyunçular skamyasına düşüb.







Avroliqa