23 oktyabr 2024. Çərşənbə

Babel Neftçi ilə oyundan danışdı


  • Avroliqa
  • 17:03 18.09.2020
  • Oxunma sayı: 353
Babel Neftçi ilə oyundan danışdı

"Uzun fasilədən sonra ilk matçıma çıxdım. Bunun üçün minnətdaram". 

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qalatarasaray"ın futbolçusu Rayan Babel "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının II təsnifat mərhələsi matçından sonra deyib. 

33 yaşlı forvard yavaş-yavaş formaya düşdüyünü bildirib. Babel "Neftçi" ilə matçda komanda olaraq yaxşı iş gördüklərini söyləyib. 

Niderlandlı oyunçu ötən mövsümün ikinci yarısında Hollandiya "Ayaks"ına icarəyə verilib. Lakin o, koronavirus pandemiyası səbəbindən Amsterdam komandasının formasını geyinə bilməyib.  

Qeyd edək ki, Rayan Babel matça start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. "Ağ-qaralar"ı Avropa Liqasından kənarlaşdıran "Qalatasaray" III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" (Split) klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi