23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın potensial rəqibində baş məşqçi dəyişikliyi


  • Avroliqa
  • 11:41 22.09.2020
  • Oxunma sayı: 322
Qarabağ'ın potensial rəqibində baş məşqçi dəyişikliyi

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Legiya"da baş məşqçi dəyişikliyi olub. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Polşa  təmsilçisi serbiyalı baş məşqçi Aleksandr Vukoviçlə yollarını ayırıb. 

Onun əvəzinə bu post  Polşanın U-21 yığmasının baş məşqçisi Çeslav Mixneviçə həvalə olunub. O, müqaviləsinin bitəcəyi noyabradək yığmadakı vəzifəsində də qalacaq. 

Qeyd edək ki, Çeslav Mixneviç 2017-ci ilin iyulunda U-21 komandasının baş məşqçisi təyin edilib. 50 yaşlı mütəxəssisin rəhbərliyi altında həmin il komanda Polşa millisi pley-offda Portuqaliyaya qalib gəlib və 1994-cü ildən sonra ilk dəfə Avropa çempionatına vəsiqə qazanmağa müvəffəq olub.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi