6 may 2026. Çərşənbə

Qarabağ'a qarşı mövsümün ən vacib oyununa çıxacağıq


  • Avroliqa
  • 10:41 25.09.2020
  • Oxunma sayı: 294
Qarabağ'a qarşı mövsümün ən vacib oyununa çıxacağıq

"Artıq avrokuboklarda asan matçlar yoxdur. Ən əsası odur ki, növbəti mərhələyə yüksəldik və hədəfimizə çatdıq. İndi bərpa olunmağa və növbəti matça hazırlaşmağa vaxtımız var". 

Corner.az-ın məlumatına görə, bu fikirləri "Legiya" klubunun futbolçusu Pavel Vşolek Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III təsnifat mərhələsinin oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

28 yaşlı polşalı yarımmüdafiəçi bir həftə sonra pley-offda "Qarabağ"a qarşı mövsümün ən vacib oyununa çıxacaqlarını bildirib: "Həmişə müsbət düşünməyə çalışıram və inanıram ki, ən yaxşısı hələ gələcəkdədir".

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.(report)







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"