5 dekabr 2025. Cümə

Mourinyo Şkendiya ilə matçda qapıları niyə dəyişdirib?


  • Avroliqa
  • 12:58 25.09.2020
  • Oxunma sayı: 483
Mourinyo Şkendiya ilə matçda qapıları niyə dəyişdirib?

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" ilə "Tottenhem" klubu arasında keçirilmiş oyunda maraqlı hadisə baş verib.

Corner.az xəbər verir ki, Skopyedəki "Toşe Proyeski" Milli Arenasında baş tutan qarşılaşma zamanı qonaq komandanın baş məşqçisi Joze Mourinyo qapıların dəyişdirilməsini istəyib.

Buna hər iki qapının hündürlüyünün normadan (2,44 metr) 5 sm qısa olması səbəb olub. Məsələ ilə bağlı UEFA nümayəndəsinə məlumat verən portuqaliyalı mütəxəssis sonda istəyinə çatıb.

Bu barədə özünün "Instagram" hesabında paylaşım edən Joze Mourinyo yazıb: "Əvvəlcə elə bildim, boyum uzanıb. Amma sonra başa düşdüm ki, hündürlük 5 sm azdır".

Qeyd edək ki, səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən "Tottenhem" pley-offa yüksəlib. "Şkendiya" I təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb - 2:0.(report)







Avroliqa