23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibində koronavirus aşkarlandı


  • Avroliqa
  • 09:46 01.10.2020
  • Oxunma sayı: 266
Qarabağ'ın rəqibində koronavirus aşkarlandı

UEFA Avropa Liqasının pley-off mərhələsinin oyununda bu gün Polşada "Qarabağ"ı qəbul edəcək "Legiya" klubu problemlə üzləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisinin əməkdaşı koronavirusa yoluxub.

Dərhal kollektivdən təcrid olunan şəxs karantinə alınıb. Komandanın digər üzvlərinin və işçilərinin testinin nəticəsi mənfi çıxıb.

Klub UEFA-nın protokoluna əsasən meydana çıxa biləcəyini açıqlayıb. Bunun üçün qitə futbol qurumunun nümayəndəsindən də razılıq alınıb.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi