20 iyun 2026. Şənbə

Gerye Qarabağ'a qoşuldu


  • Avroliqa
  • 10:13 01.10.2020
  • Oxunma sayı: 392
Gerye Qarabağ'a qoşuldu

"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsinin "Legiya" ilə oyunu üçün Polşaya yollanıb.

Corner.az xəbər verir ki, bu barədə haitili yarımmüdafiəçi "przegladsportowy.pl" saytına açıqlamasında deyib.

31 yaşlı oyunçu artıq Varşavada olduğunu bildirib: "Mən Haiti prezidentinin dostuyam (gülür)".

Gerye pasport probleminə görə komanda ilə səfərə yollana bilməmişdi.

Qeyd edək ki, bu gün keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Avroliqa