23 oktyabr 2024. Çərşənbə

Qalatasaray Avroliqada mübarizəni dayandırdı


  • Avroliqa
  • 10:10 02.10.2020
  • Oxunma sayı: 299
Qalatasaray Avroliqada mübarizəni dayandırdı

Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilib.

 
Corner.az xəbər verir ki, baş tutan 21 qarşılaşmada qrup mərhələsinə son vəsiqələrin sahibləri müəyyənləşib.
 
Azərbaycan çempionu “Qarabağ” Polşada “Legiya” ilə qarşılaşmadan qalib ayrılaraq adını qrupa vəsiqə qazanan kollektivlərin sırasına yazdırmağı bacarıb. Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” isə Şotlandiyada “Reyncers”in qonağı olub və məğlub olaraq mübarizəni dayandırıb.
 
Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 2-də keçiriləcək. Tədbirdə 48 komanda 12 qrupa bölünəcək.
 
Avropa Liqası
Pley-off
1 oktyabr
 
ÇFR (Rumıniya) – “Kuopio” (Finlandiya) 3:1
“Ararat” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya) 1:2
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Flora” (Estoniya) 3:1
“Malmö” (İsveç) – “Qranada” (İspaniya) 1:3
“Rusenborq” (Norveç) – PSV (Niderland) 0:2
“Şarlerua” (Belçika) – “Lex” (Polşa) 1:2
“Slovan” (Çexiya) – APOEL (Kipr) 1:0
“Hapoel” (Beer-Şeva, İsrail) – “Viktoriya” (Çexiya) 1:0
“Kopenhagen” (Danimarka) – “Riyeka” (Xorvatiya) 0:1
“Dinamo” (Brest, Belarus) – “Ludoqorets” (Bolqarıstan) 0:2
“Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan) 0:3
“Sarayevo” (Bosniya və Herseqovina) – “Seltik” (Şotlandiya) 0:1
“Standard” (Belçika) – “Fehervar” (Macarıstan) 3:1
“Bazel” (İsveçrə) – ÇSKA (Sofiya, Bolqarıstan) 1:3
“Dandalk” (İrlandiya) – “Klaksvik” (Farer adaları) 3:1
“Yanq Boyz” (İsveçrə) – “Tirana” (Albaniya) 3:0
“Reyncers” (Şotlandiya) – “Qalatasaray” (Türkiyə) 2:1
AEK (Yunanıstan) – “Volfsburq” (Almaniya) 2:1
“Rio Ave” (Portuqaliya) – “Milan” (İtaliya) 2:2 (penaltilər 8:9)
“Sportinq” (Portuqaliya) – LASK (Avstriya) 1:4
“Tottenhem” (İngiltərə) – “Makkabi” (Hayfa, İsrail) 7:2






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi