23 oktyabr 2024. Çərşənbə

Qarabağ bu matçda yüksək texnika nümayiş etdirdi


  • Avroliqa
  • 11:33 02.10.2020
  • Oxunma sayı: 278
Qarabağ bu matçda yüksək texnika nümayiş etdirdi

"Legiya"nın futbolçularında qorxu və inamsızlıq var idi. "Qarabağ" ilk dəqiqələrdən sonadək nə etmək istədiyini çox gözəl bilirdi. Onlar rəqibə oynamağa imkan vermədilər. Meydan sahibləri standart vəziyyətlər zamanı heç bir təhlükə yarada bilmədilər. Qonaqlar isə bütün göstəricilərdə üstün tərəf idi".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə Azərbaycan çempionu arasında baş tutan matçı şərh edərkən deyib.

Hazırda Plotsk "Visla"sında çıxış edən 33 yaşlı müdafiəçi bildirib ki, Ağdam klubu bu görüşdə yüksək texnika nümayiş etdirdi: "Görünür, biz "Legiya" imicini liqa matçları əsasında formalaşdırmışıq. Bu komanda Polşa çempionatında güclü görünür. Bu matç isə reallıqla üzləşmə idi. Futbolçuların meydana niyə inamsız çıxdıqlarını bilmirəm. Çünki komandanın daxilində deyiləm". (report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi