21 mart 2026. Şənbə

Avropa Liqası: Qarabağ'ın qrupdakı rəqibləri bilindi


  • Avroliqa
  • 15:44 02.10.2020
  • Oxunma sayı: 372
Avropa Liqası: Qarabağ'ın qrupdakı rəqibləri bilindi

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Corner.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan "Qarabağ"ın rəqibləri müəyyənləşib.

Püşkatmaya ilk dəfə 2-ci səbətdən qoşulan Ağdam təmsilçisi İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivbasspor" klubları ilə birlikdə I qrupunda yer alıb.

UEFA Avropa Liqası

I qrupu

"Vilyarreal" (İspaniya)

"Qarabağ" (Azərbaycan)

"Makkabi" (Təl-Əviv, İsrail)

"Sivasspor" (Türkiyə)

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək. 







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"