5 dekabr 2025. Cümə

Ölkəmiz üçün mübarizə aparacağıq


  • Avroliqa
  • 16:50 02.10.2020
  • Oxunma sayı: 328
Ölkəmiz üçün mübarizə aparacağıq

"Digərlərinə baxanda bizim qrupumuz yaxşıdır. İnanıram ki, bu qrupdan çıxacağıq. Amma asan deyil". 

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"la birlikdə I qrupda mübarizə aparacaq "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay püşk barədə danışarkən deyib. 

57 yaşlı mütəxəsis hədəflərinin Avropa Liqasında uğur qazanmaq olduğunu bildirib: "Ölkə reytinqi üçün xallara ehtiyac var, bu da bizi daha çox iddialı edir. Ölkəmiz üçün mübarizə aparacağıq, Hədəflərimdən biri avrokuboklarda uğur qazanmaqdır".

Qeyd edək ki, "Qarabağ" "Sivaspor"la yanaşı, İsrailin "Makkabi" və İspaniyanın "Vilyarreal" klubları ilə mübarizə aparacaq.  







Avroliqa