5 dekabr 2025. Cümə

Vilyarreal'ın hücumçusu Qarabağ'la matçı buraxır


  • Avroliqa
  • 16:36 12.10.2020
  • Oxunma sayı: 308
Vilyarreal'ın hücumçusu Qarabağ'la matçı buraxır

"Vilyarreal"ın futbolçusu Jerar Moreno zədələnib.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, tibbi müayinədən sonra 28 yaşlı hücumçunun 3 həftəyədək sıradan çıxdığı müəyyənləşib.

Məşqdə xəsarət alan Morenonun sol ayağının bud nahiyyəsində problem aşkarlanıb. İspaniyalı futbolçunun yaxın iki həftə ərzində sıraya dönməyəcəyi dəqiqdir. O, zədəsini tez sağaltmasa, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la II tur matçını da buraxacaq. Morenonun yaşıl meydanlara qayıtma müddəti zədənin sonrakı vəziyyətindən asılı olacaq".

Qeyd edək ki, "Qarabağ" I qrupundakı ikinci matçını oktyabrın 29-da evdə "Vilyarreal"a qarşı keçirəcək.







Avroliqa