5 dekabr 2025. Cümə

Makkabi'nin legioneri Qarabağ'la oyunu buraxacaq


  • Avroliqa
  • 14:13 13.10.2020
  • Oxunma sayı: 302
Makkabi'nin legioneri Qarabağ'la oyunu buraxacaq

"Makkabi" (Tel-Əviv) klubunun futbolçusu Uroş Nikoliç UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun "Qarabağ"la ev oyununda meydana çıxa bilməyəcək.

Corner.az  "One" nəşrinə istinadən xəbər verir ki, səbəb 27 yaşlı yarımmüdafiəçinin hələ də yerli federasiyada qeydiyyatdan keçirilməməsidir.

Serbiyalı oyunçunun adı UEFA-ya təqdim olunan sifariş ərizəsinə də salınmayıb.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-da başlayacaq.







Avroliqa