29 yanvar 2026. Cümə axşamı

Mahir Emreli Makkabi'yə qarşı oynayacaqmı?


  • Avroliqa
  • 12:07 19.10.2020
  • Oxunma sayı: 335
Mahir Emreli Makkabi'yə qarşı oynayacaqmı?

UEFA Avropa Liqasında I qrupunun ilk turunda İsraildə "Makkabi" (Təl-Əviv) ilə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib.

Klubun Mətbuat katibi Nurlan İbrahimovun verdiyi məlumata görə, komanda matçdan 1 gün öncə - oktyabrın 21-də Bakı vaxtı ilə saat 11:00-da Təl-Əvivə yola düşəcək.

Onun sözlərinə görə, klub səfərə tam heyətlə yollanacaq: "Hazırda Mahir Emreli fərdi reabilitasiya keçir, komanda ilə məşqlərə qoşulmayıb. Onun meydana çıxıb-çıxmayacağı sual altındadır. Amma komanda ilə birlikdə İsrailə yollanacaq".

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki "Blumfild" stadionunda baş tutacaq "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.(report)







Avroliqa