29 yanvar 2026. Cümə axşamı

Qarabağ'ın rəqibində ciddi itki


  • Avroliqa
  • 12:10 19.10.2020
  • Oxunma sayı: 274
Qarabağ'ın rəqibində ciddi itki

"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyə "Sivasspor"u itki ilə üzləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Superliqanın V turunun "Kayserispor"la səfər oyununda (3:1) sıradan çıxıb.

Topuğundan zədələnən 27 yaşlı futbolçunun 3 həftədən sonra sıraya dönəcəyi bildirilib. Bu isə o deməkdir ki, təcrübəli oyunçu Avropa Liqasının III turunda noyabrın 5-də evdə "Qarabağ"la keçiriləcək görüşü buraxacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.







Avroliqa