29 yanvar 2026. Cümə axşamı

Qarabağ'ın rəqibində növbəti itki


  • Avroliqa
  • 20:07 19.10.2020
  • Oxunma sayı: 309
Qarabağ'ın rəqibində növbəti itki

"Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən  "Vilyarreal"ın daha bir futbolçusu sıradan çıxıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın təcrübəli oyunçularından Dani Parexo  zədələnib.

31 yaşlı yarımmüdafiəçi La Liqanın VI turunda "Valensiya"nı 2:1 hesabı ilə məğlub etdikləri matçda əzələ zədəsi ilə üzləşib. Parexonun yaşıl meydanlara qayıtma müddəti zədənin sonrakı vəziyyətindən asılı olacaq.

Qeyd edək ki, daha əvvəl "Vilyarreal"da Pervis Estupinyan və Jerar Moreno zədələnib, koronavirusa yoluxan Sofian Çakla isə müalicə alır. Moreno ilə Estupinyanın səfərdə "Qarabağ"la matçda iştirak etməyəcəyi dəqiqdir.

Ağdam təmsilçisi "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gələcək. 







Avroliqa