3 may 2026. Bazar günü

Avroliqa oyununda ilk qadın baş hakim


  • Avroliqa
  • 20:47 20.10.2020
  • Oxunma sayı: 291
Avroliqa oyununda ilk qadın baş hakim

Avropa Liqası tarixində ilk dəfə oyunu qadın baş hakim idarə edəcək.

Corner.az xəbər verir ki, qrup mərhələsində ilk turun "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) matçını fransalı Stefani Frappar idarədə edəcək. Ona həmyerliləri Siril Mönye və Benjamen Pajes kömək edəcək. Dördüncü hakim funksiyasını isə Joan Amel yerinə yetirəcək.

Stefani Frappar daha əvvəl 2019-cu ildə "Liverpul" və "Çelsi" (2:2, penaltilərdə 5:4) arasında keçirilmiş UEFA Super Kuboku oyunu idarə edib.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Lester" - "Zarya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"