23 oktyabr 2024. Çərşənbə

Əsas oyunlarımız Qarabağ və Makkabi'yə qarşı olacaq


  • Avroliqa
  • 16:35 21.10.2020
  • Oxunma sayı: 365
Əsas oyunlarımız Qarabağ və Makkabi'yə qarşı olacaq
“Vilyarreal" güclü komandadır. Hər şeydən xəbərdarıq. Həm özümüz, həm də Türkiyə üçün önəmli matçlar oynayacağıq”.
 
Corner.az xəbər verir ki, bu fikirləri "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının İ qrupunda "Vilyarreal"a qarşı keçirəcəkləri ilk tur matçı barədə danışarkən bildirib.
 
57 yaşlı mütəxəssis səfərdən xal və ya xallarla qayıdacaqlarına ümid etdiyini bildirib: "Zədəli futbolçular var və bu səbəbdən, matça 17-18 oyunçudan ibarət heyətlə çıxacağıq. Qrupda ilk matç çox önəmlidir. Amma əsas məsələ "Qarabağ" və "Makkabi" ilə ev oyunlarımızdır. O qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik".
 
Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. 






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi