23 oktyabr 2024. Çərşənbə

Makkabi'nin futbolçusu koronavirus'dan sağaldı


  • Avroliqa
  • 20:23 21.10.2020
  • Oxunma sayı: 264
Makkabi'nin futbolçusu koronavirus'dan sağaldı
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Makkabi”nin (Təl-Əviv) koronavirusa yoluxmuş futbolçusu Enrix Saboritin durumuna aydınlıq gəlib.
 
Corner.az İsrail mətbuatına istinadən xəbər verir ki, təxminən bir ay əvvəl koronavirus infeksiyasına yoluxan 28 yaşlı sol cinah müdafiəçisindən götürülən son test nümunələrinin cavabı neqativ çıxıb. Saboritin artıq tamamilə sağaldığı müəyyən olub.
 
Baş məşqçi Yorqos Donis şans verəcəyi təqdirdə ispaniyalı futbolçu Ağdam təmsilçisinə qarşı oyanacaq.
 
Qeyd edək ki, sabah Təl-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi