23 oktyabr 2024. Çərşənbə

Nəticə önəmli idi - Anqrlinas


  • Avroliqa
  • 09:47 23.10.2020
  • Oxunma sayı: 298
Nəticə önəmli idi - Anqrlinas

"Qarabağ"ın ciddi komanda olduğunu bilirdik. Kompakt, taktiki cəhətdən düzgün oynamalı və əldə etdiyimiz imkanlardan yararlanmalı idik".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Makkabi"nin məşqçisi Makis Anqrlinas Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, komanda ən yaxşı oyununu göstərməyib: "Lakin nəticə önəmli idi. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər".

Qeyd edək ki, "Makkabi"nin baş məşqçisi Yorqos Donis cəzalı olduğu üçün texniki zonada əyləşə və mətbuat konfransına qatıla bilməyib.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi