5 dekabr 2025. Cümə

Vilyarreal Qarabağ'la oyuna ciddi itkilərlə çıxacaq


  • Avroliqa
  • 11:16 27.10.2020
  • Oxunma sayı: 293
Vilyarreal  Qarabağ'la oyuna ciddi itkilərlə çıxacaq
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq “Vilyarreal” klubunda zədəli futbolçuların durumuna aydınlıq gəlib.
 
Corner.az xəbər verir ki, La Liqa klubunun iki oyunçusu - Alberto Moreno və Dani Parexonun Ağdam klubu ilə matçda iştirak etməyəcəyi dəqiqdir. Həmçinin Pervis Estupinyanın da meydana çıxa bilməməsi gözlənilir.
 
Əvəzində Jerar Moreno və koronavirusdan sağalmış Sofian Şakla sıraya qayıdıb. Dizində zədəsi olan Funes Morinin isə oyuna kimi hazır olub-olmayacağı sual altındadır.
 
Qeyd edək ki, “Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbulda “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.






Avroliqa