3 may 2026. Bazar günü

Qarabağ əla komandadır - Karlos Bakka


  • Avroliqa
  • 16:54 28.10.2020
  • Oxunma sayı: 309
Qarabağ əla komandadır - Karlos Bakka

"Bu matçda qələbə qazanmaq çox önəmlidir. Qrup birincisi olmaq istəyirik və bu səbəbdən 3 xal əldə etməliyik".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Vilyarreal"ın futbolçusu Karlos Bakka Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

34 yaşlı təcrübəli hücumçu bildirib ki, sabah əla rəqibə qarşı oynayacaqlar: "Oyuna köklənmişik. Komanda olaraq motivasiyalı və istəkliyik. Qələbə qazanmq çətin olacaq. Amma biz kim olduğumuzu göstərmək üçün qrupda birinci yeri tutmalıyıq".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"