23 oktyabr 2024. Çərşənbə

İnter hücumçusunu itirdi


  • Avroliqa
  • 14:26 30.10.2020
  • Oxunma sayı: 315
İnter hücumçusunu itirdi
“İnter” klubu ciddi itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, Milan təmsilçisinin hücumçusu Romelu Lukaku sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Belçikalı futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Donetsk “Şaxtyor”u ilə (Ukrayna) oyunda (0:0) zədələnib. Müayinədən keçən 27 yaşlı futbolçunun sol budundan zədə aldığı bildirilir.Lukakunun sağalacağı vaxtla bağlı məlumat verilməyib.
 
Lukakunun Çempionlar Liqasının növbəti turunda keçiriləcək “Real”la oyunda iştirakı sual altındadır.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi