23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibində ciddi itkilər


  • Avroliqa
  • 10:44 02.11.2020
  • Oxunma sayı: 1682
Qarabağ'ın rəqibində ciddi itkilər

UEFA Avropa Liqasının I qrupunun III turunda "Qarabağ"ı qəbul edəcək "Sivasspor"da zədəli futbolçuların durumuna aydınlıq gəlib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Daha əvvəl ayağından əməliyyat olunmuş Aaron Appindanqoenin müalicəsində sonuncu mərhələ başlayıb. Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib. Adıçəkilən 4 futbolçunun Ağdam təmsilçisi ilə matçı buraxacağı dəqiqdir.

Digər zədəli Marselo Qoyanonun isə yaxın günlərdə komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi