23 oktyabr 2024. Çərşənbə

Sivasspor - Qarabağ oyununun hakimləri açıqlandı


  • Avroliqa
  • 13:14 03.11.2020
  • Oxunma sayı: 279
Sivasspor - Qarabağ oyununun hakimləri açıqlandı

"Sivasspor" və "Qarabağ" arasında keçiriləcək UEFA Avropa Liqasının III tur matçı üçün hakim təyinatları açıqlanıb.

Corner.az-ın məlumatına görə, qarşılaşma Portuqaliyalı hakimlər briqadasına tapşırılıb. Referi João Pinheiroya yan xətt hakimləri Tiago José Pereira Costa və Pedro Ribeiro, Iancu Ioan Vasilica isə dördüncü hakim qismində yardımçı olacaq.

Bolqarıstanlı Georgi Yordanov hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də Sivasdakı "Yeni 4 Eylül" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi