23 oktyabr 2024. Çərşənbə

Qarabağ Türkiyəyə yollandı


  • Avroliqa
  • 12:16 04.11.2020
  • Oxunma sayı: 241
Qarabağ Türkiyəyə yollandı

Noyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında Türkiyədə "Sivasspor"un qonağı olacaq "Qarabağ" Bakıdan ayrılıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 11:30-da Sivas şəhərinə yollanıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 19:40-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda matçın keçiriləcəyi "Yeni Sivas 4 Eylül" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi