5 dekabr 2025. Cümə

Rəqib əks hücumlarda yaxşı idi - Maksim Medvedev


  • Avroliqa
  • 00:22 06.11.2020
  • Oxunma sayı: 257
Rəqib əks hücumlarda yaxşı idi - Maksim Medvedev

"Biz qardaş komandayıq. "Sivasspor"u təbrik edirəm. Yaxşı oynadılar".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra yerli mətbuata açıqlamasında deyib.

31 yaşlı müdafiəçi bildirib ki, rəqib onları yaxşı analiz etmişdi: "Əks hücumlara yaxşı çıxdılar. Bizim bu yöndə bir az çatışmazlıqlarımız var. Qələbə qazanmaq üçün gəlmişdik, amma alınmadı. Öz oyunumuzu sərgiləyə bilmədiyimiz üçün uduzduq. Deyiləcək başqa bir söz yoxdur. Digər oyunlara daha yaxşı hazırlaşmalıyıq".







Avroliqa